Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Dyp

Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

Polis gücləndirilmiş iş rejiminə keçdi - VİDEO

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı şəhəri və respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, intensiv yağıntılarla əlaqədar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə xidmətə əlavə polis naryadları cəlb olunub. Küçə və prospektlərdə nəqliyyatın hərəkəti Yol Patrul Xidməti əməkdaşları tərəfindən tənzimlənir.

DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq edib

DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq edib

Hazırda paytaxda, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.

Bayram günlərində rayona gedənlərin diqqətinə! - VİDEO

Bayram günlərində rayona gedənlərin diqqətinə! - VİDEO

Bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni – Novruz və müqəddəs Ramazan bayramını eyni tarixlərdə qeyd edirik. Buna görə də tətil günlərində paytaxtdan bölgələrə səfər edənlərin sayında hər zamankından daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir.

DYP kvadrosikl qəzası ilə bağlı müraciət yaydı

DYP kvadrosikl qəzası ilə bağlı müraciət yaydı

Baş Dövlət Yol Polisi İdarəsi Qubadakı kvadrosikl qəzası ilə bağlı müraciət yayıb. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrosikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrosikl daş hasara çırpılıb.

Rayonlara səfər edən sürücülərə - MÜRACİƏT

Rayonlara səfər edən sürücülərə - MÜRACİƏT

“Bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir”. Primeinfo.az  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində bildirilib. Qurum yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə, yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.

DYP dumanla bağlı müraciət edib

DYP dumanla bağlı müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur. Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdarlar”.

Yol Polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Yol Polisindən hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə fevralın 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlara ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, qopma, sürüşmə ehtimalı olan obyektlərin altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edir.

Yol polisi sürücünün yalanını üzə çıxardı: 8 günlük inzibati HƏBS

Yol polisi sürücünün yalanını üzə çıxardı: 8 günlük inzibati HƏBS

Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində qardaşının adından istifadə edən “Lexus” markalı avtomobilin sürücüsü həbs edilib. Primeinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 1981-ci ildə Gədəbəy rayonunun Yaqublu kəndində doğulmuş R.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Bakıda küçədə tapılan uşaq valideynlərinə təhvil verilib - VİDEO 

Bakıda küçədə tapılan uşaq valideynlərinə təhvil verilib - VİDEO 

Bakıda küçədə tapılan azyaşlı valideynlərinə təhvil verilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib. Qeyd edək ki, E.Hacıyev bu gün küçədə tapılan bir uşağın valideynlərinin axtarıldığı barədə məlumat yaymışdı.