“Avtomagistralda eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin ard-arda toqquşması, yaxud aramla hərəkətdə olan avtomobilin qəfil yoldan çıxaraq aşması cəmiyyətdə tez-tez belə bir sual doğurur: sürücü sükan arxasında olubmu? Acı reallıq isə göstərir ki, bu cür yol-nəqliyyat hadisələrinin mütləq əksəriyyətində sürücü yorğun və ya yuxusuz vəziyyətdə olub, bəzən isə mürgüləməmək üçün diqqəti yayındıran məşğuliyyətlərə yönəlib və bu, nəqliyyat vasitəsinin faktiki olaraq nəzarətsiz qalması deməkdir”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.
Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir. Qeyd olunub ki, qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir, yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir, reaksiya vermək üçün zəruri vaxt itirilir: “Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər”.
Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur.
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görmə şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgün seçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımi ehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama, eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir. Bu barədə Primeinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən Primeinfo.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır nəticəli qəzaların əsas səbəblərindən biridir: “Nəqliyyat vasitələrinin yoldan çıxaraq aşması və yaxud yol kənarında yerləşən maneələrə çırpılması ilə nəticələnən hadisələrin təhlili bu qəza növünün əsas səbəblərindən birinin sürücülərin yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsi olduğunu göstərir. Belə hallarda sürücünün diqqətinin zəifləməsi və reaksiya imkanlarının aşağı düşməsi qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol qəzalarının əsas səbəblərindən biridir. Təqdim olunan videogörüntülər bir daha deməyə əsas verir ki, belə hallar dəfələrlə neçə-neçə insanın həyatına son qoyan ağır yol-nəqliyyat hadisələri ilə nəticələnib. Bu barədə Primeinfo.az-a DİN-in Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bakı şəhər DYP İdarəsi paytaxtda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə profilaktik tədbir keçirib. Primeinfo.az xəbər verir ki, tədbir zamanı aşkarlanan qayda pozuntularına dərhal reaksiya verilib, sürücü və piyadalarla profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub. Həmçinin piyadaların yolun hərəkət hissəsinə qəfil çıxması, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının çirkləndiyi üçün görünməməsi, eləcə də yanqoşqusu olmayan motosiklet, moped, velosiped və kiçik elektrikli nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yol kənarında ikinci və sonrakı cərgədə dayanması kimi qayda pozuntuları qeydə alınıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin valideynlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə məktəbətrafı yollarda aparılan təhlillər göstərir ki, bəzi valideynlərin məsuliyyətsiz davranışı azyaşlıların yollarda təhlükəsizliyinə mənfi təsir göstərir. Övladlarını məktəbə aparmaqla vəzifələrinin bitdiyini zənn edən bir qisim valideynlər bəzən qaydalara məhəl qoymadan övladları ilə birgə yolu keçərək məktəblilərdə yanlış nümunə formalaşdırırlar.
Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir. Primeinfo.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər DYP İdarəsi və ETSN-in əməkdaşları ilə birlikdə “Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobilin sahibi saxlanılıb. 10-SY-100 dövlət qeydiyyat nişanlı “Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.