Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, fevral ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, notariat, qeydiyyat, penitensiar sahə, bələdiyyələrin fəaliyyəti, məhkəmə ekspertizası, probasiya və digər aidiyyəti sahələr üzrə daxil olan 17.319 müraciətdən 17.067-si cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 91.62 faiz təşkil edib, habelə vətəndaş müraciətləri ilə bağlı orta xidmət müddəti 2 dəqiqə təşkil edib.
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
ABŞ-ın Baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib.
2025-ci il ərzində Ədliyyə Nazirliyinin Aparatında vətəndaşlar tərəfindən ünvanlanmış 91.197 müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, müraciətlərin 37.133-ü poçt, 39.241-i elektron formada daxil olub. “881” Çağrı Mərkəzi, eləcə də Nazirliyin sosial şəbəkə hesabları vasitəsilə daxil olmuş 14.823 müraciət isə qanunvericiliyə uyğun olaraq qeydiyyata alınaraq baxılıb.
Ötən il Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 növ və 41 ekspert ixtisası üzrə ekspertlər tərəfindən 26 min 890 iş barədə ekspert rəyi və arayış verilib. Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, verilmiş rəy və arayışların daxil olmuş işlərə nisbəti 2024-cü il ilə müqayisədə 6.6 faiz artıb.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 8 fevral 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 15 119 şəxs barəsində tətbiq olunub.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı ötən il dekabrın 22-dən bu ilin 26 yanvarınadək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 12.336 şəxs barəsində tətbiq olunub.
2025-ci ildə Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası açıqlanıb. Primeinfo.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2025-ci ildə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 1721 uşağa verilib.
Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icra məmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib. Primeinfo.az-ın məlumatına görə, Qanuna əsasən, xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir. Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.
Ədliyyə naziri Fərid Əhmədov Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında” 22 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən medalla təltif olunmuş əməkdaşları qəbul edib. Primeinfo.az xəbər verir ki, tədbirdə ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Nazirliyin bir qrup əməkdaşına medalları təqdim edilib. Nazir təltif olunan əməkdaşları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qanunçuluq, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağın vacibliyini vurğulayıb.