Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında vahid platforma üzərindən təqdim edilməsi çərçivəsində Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasına inteqrasiya edilib. Bu barədə Primeinfo.az-a İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Şahbaz Şərif Azərbaycanın ədliyyə nazirini qəbul edib

Şahbaz Şərif Azərbaycanın ədliyyə nazirini qəbul edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Pakistana səfəri çərçivəsində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib. Ədliyyə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Fərid Əhmədov ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Pakistan İslam Respublikasının Baş nazirinə çatdırıb. Məhəmməd Şahbaz Şərif də öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.

Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat - SİLAHLAR TAPILIB

Ədliyyə Nazirliyi və DİN-dən birgə əməliyyat - SİLAHLAR TAPILIB

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Ədliyyə Nazirliyndən Primeinfo.az-a daxil olan məlumata görə, nazirliyin Penitensiar xidmətinin əməliyyat aparatının DİN-in müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 5.45 millimetrlik güllə aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ən çox yol-nəqliyyat hadisələri üzrə ekspertizaya ehtiyac var - Vəkillər arasında SORĞU

Ən çox yol-nəqliyyat hadisələri üzrə ekspertizaya ehtiyac var - Vəkillər arasında SORĞU

“Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”ya uyğun olaraq, özəl məhkəmə ekspertizası institutunun tətbiqi imkanlarının qiymətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası tərəfindən vəkillər arasında birgə onlayn sosioloji sorğu keçirilib. Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Sorğunun əsas məqsədi bu sahədə mümkün risklərin qiymətləndirilməsi, mövcud təşkilati və metodiki çatışmazlıqların müəyyən edilməsi, həmçinin praktikada daha çox ehtiyac duyulan ekspertiza sahələrinin dəqiqləşdirilməsi olub.

“881” Çağrı Mərkəzi apreldə 20 min zəngi cavablandırıb - Ədliyyə Nazirliyi

“881” Çağrı Mərkəzi apreldə 20 min zəngi cavablandırıb - Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Primeinfo.az-a bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verildi - Ədliyyə Nazirliyi 

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verildi - Ədliyyə Nazirliyi 

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib. Primeinfo.az-a Ədliyyə Nazirliyindən verilən məlumata görə, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.

Beynəlxalq axtarışda olan məktəb direktoru Türkiyədən Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan məktəb direktoru Türkiyədən Azərbaycana gətirildi

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Ədliyyə Nazirliyində Qazaxıstan Ədalət Akademiyasının rektoru ilə görüş keçirilib - FOTO

Ədliyyə Nazirliyində Qazaxıstan Ədalət Akademiyasının rektoru ilə görüş keçirilib - FOTO

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurası yanında Ədalət Akademiyasının rektoru Kanat Musinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Ədliyyə Nazirliyindən Primeinfo.az-a verilən xəbər görə, səfər proqramına uyğun olaraq nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını və Zəfər abidəsini ziyarət edib.