Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Ədliyyə Nazirliyi

Ədliyyə Nazirliyindən 3 ölkəyə 7 ekstradisiya SORĞUSU

Ədliyyə Nazirliyindən 3 ölkəyə 7 ekstradisiya SORĞUSU

2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən xarici ölkələrə ümumilikdə 7 ekstradisiya sorğusu göndərilib. Bu barədə Primeinfo.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, 5 sorğu Birləşmiş Ərəb Əmirliklərinə, 1 sorğu Çex Respublikasına, 1 sorğu isə Çin Xalq Respublikasına göndərilib.

Azərbaycan həbsxanalarında doğulan UŞAQLAR

Azərbaycan həbsxanalarında doğulan UŞAQLAR

2026-cı ilin ilk 6 ayı ərzində 4 saylı cəzaçəkmə müəssisəsində 1 doğum qeydə alınıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Nazirliyin məlumatına görə, 2025-ci ildə isə həmin müəssisədə 6 doğum qeydə alınıb.

Özəl məhkəmə eksperti olmaq üçün QEYDİYYAT - FOTO

Özəl məhkəmə eksperti olmaq üçün QEYDİYYAT - FOTO

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün keçiriləcək icbari təlimə qeydiyyat başlayıb. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirak etmək istəyən namizədlər 6 avqust tarixindən 5 sentyabr saat 23:59-dək elektron ərizə formasını dolduraraq və tələb olunan sənədlərin skan olunmuş surətini əlavə edərək müraciət edə bilərlər.

Digahda məhkuma aid silah-sursat aşkarlanıb

Digahda məhkuma aid silah-sursat aşkarlanıb

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.

Axtarışda olan şəxs Monteneqroda tutularaq ekstradisiya edilib

Axtarışda olan şəxs Monteneqroda tutularaq ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq Azərbaycana ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Azərbaycan və Pakistan arasında beynəlxalq təlim - FOTO

Azərbaycan və Pakistan arasında beynəlxalq təlim - FOTO

Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən “The Judicial Crafting: Executive Judicial Training Programme” (“Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı”) adlı beynəlxalq təlim proqramında iştirak ediblər. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təlim Azərbaycanın Ədliyyə Nazirliyi ilə Pakistanın Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub.

Ədliyyə Nazirliyi və DİN-nin birgə ƏMƏLİYYATI: Məhkuma aid tapança tapıldı - FOTO

Ədliyyə Nazirliyi və DİN-nin birgə ƏMƏLİYYATI: Məhkuma aid tapança tapıldı - FOTO

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat keçirib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd “Makarov PM” markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi, saxlanıldı  

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirmək istədi, saxlanıldı  

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran penitensiar müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib li, məhkumla qısamüddətli görüşə gəlmiş qardaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 2,2 qram olan qurudulmuş marixuana aşkar olunub.

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Serbiya Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

Ədliyyə naziri Pakistanın dövlət naziri ilə görüşüb - FOTO

Ədliyyə naziri Pakistanın dövlət naziri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Ədliyyə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanaraq, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı bildirilib. Ədliyyə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edən Əməkdaşlıq Memorandumu və Əməkdaşlıq Proqramının icrası çərçivəsində bir sıra birgə tədbirlərin həyata keçirildiyi və bu istiqamətdə fəaliyyətin davam etdirildiyi qeyd olunub.