Oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında, Balakən, Qax, Zaqatala, Şəki, Neftçala, Bərdə, Tərtər, Mingəçevir, Ağdam, Yevlax, Gəncə, Samux, Goranboy, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Qusar, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Azərbaycanda oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısa müddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, oktyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 26-dan 27-nə gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Səhər isə bəzi yerlərdə zəif duman olacaq, şimal-şərq küləyi əsəcək.
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, oktyabrın 20-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Azərbaycanda oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Oktyabrın 19-da gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
“Hazırda ölkə ərazisində küləklə müşahidə olunan əlverişsiz hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskini artırır”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd edilib. “Həftəsonu magistral yollarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik.