Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: həkim

3 yaşlı uşağın ət maşınında qalan əli bərpa edildi - FOTO

3 yaşlı uşağın ət maşınında qalan əli bərpa edildi - FOTO

Sol yuxarı ətrafının ət maşınında sıxılması nəticəsində yaranmış ağır travmatik amputasiya ilə 3 yaşlı oğlan uşağı hadisədən təxminən 7 saat sonra Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına gətirilib. Səhiyyə Nazirliyindən Primeinfo.az-a bildirilib ki, travma nəticəsində uşağın sol əl biləyi və əl daraqları, həmçinin baş, işarə, orta və üzük barmaqları metakarpofalangeal oynaq səviyyəsində tam amputasiya olunub. Xəstənin klinik vəziyyəti qiymətləndirildikdən sonra təcili şəkildə əməliyyata hazırlanıb və yüksək ixtisaslı mikrocərrahi komanda – Dilqəm Məmmədov, Bəxtiyar Qasımov, Abidin Həsənli, anestezoloqlar Mail Sədiyev və Dayaq Əhmədli tərəfindən kompleks rekonstruktiv əməliyyat həyata keçirilib.

Müşfiq Məmmədli: "Tibb işçilərinin maaşlarının artırılması strateji addımdır"

Müşfiq Məmmədli: "Tibb işçilərinin maaşlarının artırılması strateji addımdır"

“Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü, Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıq verməsi səhiyyə sistemində insan kapitalına önəmin növbəti mühüm göstəricisidir”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli özünün sosial şəbəkə hesabında yazıb. Deputat bildirib ki, burada məsələyə yalnız əməkhaqqının artırılması kimi yanaşmaq düzgün olmazdı: “Söhbət bütövlükdə tibb işçisinin əməyinin qiymətləndirilməsindən, peşənin nüfuzunun yüksəldilməsindən və səhiyyədə aparılan islahatların sosial dayağının gücləndirilməsindən gedir.

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib.

Anar Bayramov: "Həkimlərin maaşı 3000 manat olacaq"

Anar Bayramov: "Həkimlərin maaşı 3000 manat olacaq"

Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda, fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur. Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

Azərbaycanda tanınmış həkim ÖLDÜ - FOTO

Azərbaycanda tanınmış həkim ÖLDÜ - FOTO

Mayın 6-da terapevt-uroloq Adil Qubadov dünyasını dəyişib. Primeinfo.az xəbər verir ki, onun vəfat səbəbi məlum deyil. Qeyd edək ki, Adil Qubadov 1955-ci il iyulun 3-də Lerikin Rvarud kəndində anadan olub.

Eltisinin ölümünə səbəb olan həkim amnistiyaya düşdü

Eltisinin ölümünə səbəb olan həkim amnistiyaya düşdü

Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın barəsində olan qərarla bağlı növbəti məhkəmə prosesi keçirilib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, onun barəsində çıxarılmış hökm dəyişdirilib və 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.