Nəmənqanda festival var - FOTO
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi ilə təşkil olunan III Beynəlxalq Məqam Sənəti Festivalının açılış mərasimində iştirak etdik. Türk dünyasının ortaq mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına kömək edən bu tədbirin təşkilatçılığında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”. Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.