İlham Əliyevin Qazaxıstana səfəri GÖZLƏNİLİR İlham Əliyevin Qazaxıstana səfəri GÖZLƏNİLİR Dünya 16 Oktyabr 2025, 11:50 Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri gözlənilir. Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq səfər oktyabrın 20-21-də baş tutuacaq.
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Ramiz Quliyevlə vida mərasimi keçirilir. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib. Vida mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanda yeni qanun təsdiqlənib. Primeinfo.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş” Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilib. APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
2025-ci il sentyabrın 1-də Braziliya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezident İlham Əliyevin müraciəti oxunub. Primeinfo.az xəbər verir ki, müraciəti Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev səsləndirib. Müraciətdə işğaldan azad edilmiş ərazilərdə görülən tikinti-quruculuq prosesi, görülən işlər xüsusi vurğulanıb.
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür.
Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı sosial şəbəkə hesablarında növbəti paylaşım edib.
“Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. ABŞ prezidenti Donald Trampın dövlət başçısı İlham Əliyevi dünyanın ən güclü liderlərindən biri adlandırması da bunu göstərir”.
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti (ev sahibi ölkə) tərəfindən İİB Qrupunun 2026-cı ildə keçiriləcək İllik Toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu” təsdiq edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu təsdiq edib. Anlaşma Memorandumu 2025-ci il mayın 22-də Əlcəzair şəhərində imzalanıb.