Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: İlham Əliyev

Makron Əliyev və Ərdoğanla belə sağollaşdı - VİDEO

Makron Əliyev və Ərdoğanla belə sağollaşdı - VİDEO

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlaşaraq, onlarla səmimi şəkildə görüşərək, sağollaşıb. Həmin görüntüləri təqdim edirik: https://www.youtube.com/shorts/vO-asDR_rK4

Parlament sədrləri İslamabad Bəyannaməsini QƏBUL ETDİ - FOTO

Parlament sədrləri İslamabad Bəyannaməsini QƏBUL ETDİ - FOTO

Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşü İslamabad Bəyannaməsinin qəbul olunması ilə başa çatıb. Primeinfo.az xəbər verir ki, üçtərəfli görüşün yekun iclasında çıxış edən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq tədbirin üç qardaş ölkə arasında bir sıra aktual məsələlərin ətraflı müzakirəsi baxımından yaxşı imkanlar yaratdığını bildirib. O, bu platformanın əhəmiyyətini, üç dost və qardaş ölkə parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rolunu qeyd edib.

Tramp Azərbaycan Prezidentini salamlayıb

Tramp Azərbaycan Prezidentini salamlayıb

ABŞ Prezidenti Donald Tramp sammitdə iştirak edən dövlət və hökumət başçılarını, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayaraq salamlayıb.

Prezident fələstinli həmkarı ilə - VİDEO

Prezident fələstinli həmkarı ilə - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb. Primeinfo.az xəbər verir ki, Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər. Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.