Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: mərakeş

Mərakeşdən 60 min miqrantdan 25 mini geri qayıdıb

Mərakeşdən 60 min miqrantdan 25 mini geri qayıdıb

İspaniyanın Seuta eksklavına son günlərdə qeyri-qanuni yolla daxil olan minlərlə miqrantın bir hissəsi Mərakeşə qayıtmağa başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, son rəsmi statistikaya əsasən, 25 mindən çox miqrant artıq Seutadan Mərakeşə geri dönüb.

Mərakeşdə hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb

Mərakeşdə hərbi təlimlərdən sonra ABŞ hərbçiləri itkin düşüb

ABŞ-ın Afrika Komandanlığı (AFRICOM) bazar günü bildirib ki, Mərakeşin cənub-qərbində keçirilən çoxmillətli hərbi təlimlərdən sonra iki ABŞ hərbçisi itkin düşüb. Primeinfo.az The Guardian-nın yaydığı məlumata istinadən xəbər verir ki , ABŞ, Mərakeş və “African Lion” təlimində iştirak edən digər ölkələr birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. Açıqlamada deyilir: “Hadisə ilə bağlı araşdırma davam edir və axtarışlar hələ də aparılır.” Hadisə təlim zonasında baş verib.

​​​​​​​Baş prokuror Kamran Əliyev Mərakeşdə  - FOTO

​​​​​​​Baş prokuror Kamran Əliyev Mərakeşdə  - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Mərakeş Krallığına işgüzar səfəri başa çatıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, mərakeşli həmkarı Hicham El Blaouinin dəvəti ilə Rabat şəhərinə rəsmi işgüzar səfər edən Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Əlahəzrət Kral V Məhəmmədin məqbərəsini ziyarət edib. Nümayəndə heyəti ilə Mərakeş Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Mohammad Abdenabaoui arasında görüş keçirilib, iki ölkənin hüquq sistemləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Mərakeş Krallığı tərəfindən isə Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Ömər Kadiri rəhbərlik edib.

Mərakeşdə daşqın: 14 nəfər ölüb

Mərakeşdə daşqın: 14 nəfər ölüb

Mərakeşin qərbindəki Safi əyalətində daşqın 14 nəfərin həyatına son qoyub. Primeinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Təbiət hadisəsi nəticəsində 32 nəfər yaralanıb.