Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb. Primeinfo.az xəbər verir ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində keçirilicək. Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək.
Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur.
2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə prosesinə qeydiyyat elan olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb. Məlumata görə, müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.
Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır. Universitetlərdə əməkdaşlara veriləcək bayram ödənişinin məbləği isə müxtəlifdir. Hər universitet öz imkanlarına uyğun olaraq əməkdaşlara fərqli məbləğdə vəsait ayırmağı nəzərdə tutur.
Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişiklik edilib. “TodayBaku” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Daha əvvəl bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri bir qayda olaraq məktəblərdə yay tətili dövründə verilirdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhər, Abşeron-Xızı, Quba-Xaçmaz, Mil-Muğan, Şirvan-Salyan Regional Mədəniyyət idarələri üzrə fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində çalışan təxminən 4 000 müəllimin attestasiya prosesi yekunlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, fevralın 10-dan etibarən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindən başlayaraq digər regional idarələr üzrə il ərzində ümumilikdə 8 000-ə yaxın müəllimin attestasiya prosesinin mərhələli şəkildə başa çatdırılması planlaşdırılır.
“1 yanvar – 30 noyabr tarixləri ərzində 392 korrupsiya hüquqpozmaları barədə müraciət daxil olub. 2025-ci ildə korrupsiya hüquqpozmaları 24,2% azalıb”. Primeinfo.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
“Təhsil işçiləri üçün “TəhsilPlus” kartları artıq sifariş edilib”. Primeinfo.az xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Təhsil TV-nin qonağı olarkən səsləndirib. O qeyd edib ki, yaxın zamanlarda “TəhsilPlus” kartları müəllimlərə paylanılacaq.
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.