İki ölkə arasında yetərincə gərgin məqamlar var. Türkiyənin NATO içərisində də razı qalmadığı məsələlər az deyil. Prezident Ərdoğan başda olmaqla, Türkiyə rəsmiləri bu haqda ən sərt bəyanatlar veriblər. NATO-dan çıxma çağırışları belə səslənib…
Türkiyə NATO daxilində ən böyük silahlı qüvvələrdən birinə malikdir, son dərəcə mühüm ölkədir və Alyansda hər zaman əhəmiyyətli rol oynayıb. Primeinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayen NATO-nun Ankarada keçirilən sammitində çıxışı zamanı deyib. “Eyni zamanda, əlbəttə ki, Türkiyə Avropa İttifaqı ilə münasibətlərimizdə də mühüm yer tutur.
NATO-nun Avropa sütununa əhəmiyyətli töhfələr verən Türkiyə Avropa İttifaqının bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak edə bilməlidir. Primeinfo.az xəbər verir ki, NATO-nun 36-cı sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxış edən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ölkəsinin müdafiə sənayesi məhsulları ixrac edən ölkələr arasında 11-ci yer tutduğunu qeyd edib. “Müdafiə sənayesi üzrə ixracımız 2025-ci ilin sonunda 11 milyard dolları keçib.
Ukrayna prezidenti Volodimir Zelenski Ankaraya çatıb. Primeinfo.az xəbər verir ki, “Esenboğa” Beynəlxalq Hava Limanında onu mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmilər qarşılayıb.
Avropanın müdafiəyə daha güclü dəstəyi təqdirəlayiqdir, amma bu dəstək NATO ilə rəqabət aparmamalı, əksinə NATO-nu gücləndirməlidir. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının 36-cı sammitlə bağlı açıqlamasında bildirib. Nazir deyib ki, hərbi gücü, müdafiə sənayesi və yerləşməsi ilə beynəlxalq təhlükəsizlik arxitekturasının aparıcı üzvü olan Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək: “Ankaradan gələn mesaj aydın olmalıdır.
Bu gün Türkiyənin paytaxtı Ankarada NATO dövlət və hökumət başçılarının 36-cı zirvə toplantısı öz işinə başlayıb. İki gün davam edəcək tədbir çərçivəsində Ankaradakı Prezident Kompleksi Alyansa üzv olan 32 ölkənin liderini, eləcə də minlərlə diplomat, jurnalist və forum iştirakçısını qəbul edəcək.