Xəbər axtarın

Son axtarış nəticələri:

Yaşar Gülər: "Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək"

07.07.2026 13:45

Yaşar Gülər: "Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək"

Avropanın müdafiəyə daha güclü dəstəyi təqdirəlayiqdir, amma bu dəstək NATO ilə rəqabət aparmamalı, əksinə NATO-nu gücləndirməlidir.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının 36-cı sammitlə bağlı açıqlamasında bildirib.

Nazir deyib ki, hərbi gücü, müdafiə sənayesi və yerləşməsi ilə beynəlxalq təhlükəsizlik arxitekturasının aparıcı üzvü olan Türkiyəni kənarda saxlamaq Avropanı daha təhlükəsiz etməyəcək:

“Ankaradan gələn mesaj aydın olmalıdır. Kollektiv Müdafiə ilə bağlı 5-ci maddəyə sadiqliyimiz sarsılmazdır və siyasi öhdəliklərimiz etibarlı hərbi güclə dəstəklənəcək”.

 

Paylaş: