
İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf İraqa səfər edəcəklər.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Pezeşkian və Qalibaf sabiq Ali Rəhbər Ayətullah Seyid Əli Xamneyinin vida mərasimində iştirak etmək üçün İraqa gedəcəklər.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamneyi ilə Tehranda vida mərasimi keçirilib. Vida mərasimi sabah Qum şəhərində, iyulun 8-də isə İraqın Nəcəf və Kərbəla şəhərlərində davam etdiriləcək.
Ayətullah Seyid Əli Xamneyi iyulun 9-da Məşhəd şəhərində İmam Rza ziyarətgahında torpağa tapşırılacaq.