Xəbər axtarın

Son axtarış nəticələri:

Xəzərdə balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyasına başlanılır - FOTO

06.07.2026 18:26

Xəzərdə balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyasına başlanılır - FOTO

7-15 iyul tarixlərində Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçiriləcək.

Primeinfo.az xəbər verir ki, ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə baş tutacaq.

Ekspedisiya çərçivəsində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə türkiyəli alimlər birgə elmi tədqiqatlar icra edəcəklər.

Tədqiqatın əsas məqsədi balıq və digər su bioresurslarının ehtiyatlarını, populyasiya vəziyyətini, biomüxtəlifliyi və ekoloji durumunu qiymətləndirmək, əldə olunan elmi nəticələr əsasında 2027-ci il üçün balıq ovu kvotalarını müəyyən etməkdir.

Ekspedisiyanın nəticələri əsasında hazırlanacaq elmi hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq.

Ekspedisiyanın yekun nəticələri və aparılmış təhlillər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəzərdə balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyasına başlanılır - FOTO Xəzərdə balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyasına başlanılır - FOTO Xəzərdə balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyasına başlanılır - FOTO

Paylaş: