Xəbər axtarın

Son axtarış nəticələri:

“NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq əhəmiyyətlidir” - Yaşar Gülər 

07.07.2026 14:31

“NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq əhəmiyyətlidir” - Yaşar Gülər 

“Alyansımızın təhlükəsizliyini sözlərlə deyil, konkret imkanlarla gücləndirməliyik”.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO Sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxışında deyib.

Alyansın müdafiə sahəsində yeni hədəflərinin əhəmiyyətini vurğulayan nazir bildirib ki, NATO-nun müdafiə xərclərini ÜDM-in 5 faizi səviyyəsinə çatdırmaq öhdəliyi böyük əhəmiyyət daşıyır.

“Baş verən müharibələr və münaqişələr göstərdi ki, döyüş meydanında uğur təkcə mövcud silah və sursat ehtiyatlarından deyil, eyni zamanda sürətli istehsal və dəyişən şəraitə operativ uyğunlaşma qabiliyyətindən də asılıdır. Bu öhdəlik Alyansın çəkindiricilik qabiliyyətini gücləndirmək və müdafiə sənayesi istehsalını genişləndirmək iradəsinin konkret göstəricisidir”, – deyə Yaşar Gülər qeyd edib.

Paylaş: