
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
Primeinfo.az xəbər verir ki, Braziliya millisi Norveçlə qarşılaşıb.
Nyu-Yorkdakı “MetLayf” stadionunda oynanılan görüş Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Norveçin heyətində Erlinq Holann (79, 90) dubl edib. “Sambaçılar”ın təsəlli qoluna isə 90+10-cu dəqiqədə penaltidən Neymar imza atıb.
Bununla da Braziliya millisi mundialda mübarizəni dayandırıb. Norveç isə 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu qələbə ilə Norveçin rəqibi Meksika-İngiltərə cütünün qalibi olacaq.
