Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Fərhad Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub.
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. Primeinfo.az xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcər rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 13514,98 hektar, Şuşa rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 5314,34 hektar və Laçın rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 217,09 hektar ayrılaraq və xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 88418,00 hektar sahədə Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılır. Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Prezident İlham Əliyev Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Valeh Feyruz oğlu Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib: “Komissiyanın sədri Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Komissiya sədrinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Balakən Rayon İcra Hakimiyyətinin başçısı Qax Rayon İcra Hakimiyyətinin başçısı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Samux Rayon İcra Hakimiyyətinin başçısı Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin rəisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”nin sədri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini”.
Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini vəzifəsindən azad edilib. Prmeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Digər sərəncamla, o, Muxtar Respublikası səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşına ali xüsusi və ali hərbi rütbələr verilib.