Sofiyada Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti, yerli taekvondo federasiyasının prezidenti Slavi Binev öldürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Nova” telekanalı xəbər verir. O, başından güllələnərək öldürülüb, hadisə yerində giliz aşkar edilib.
Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
“Qarabağ” – “Neftçi” futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki,həmin şəxslər barəsində aidiyyəti polis orqanında məsuliyyət tədbirləri görülür. Qeyd edək ki, bir qrup azarkeş stadion ətrafında fişənglərdən, pirotexniki vasitələrdən və şüşə qablardan istifadə etməklə ictimai asayişi pozub.
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır.
Ermənistanda seçki komissiyalarının iki sədri və bir katibi saxlanılıb. Primeinfo.az “Armenpress”-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan seçki məntəqələrində işlərin gedişatından danışarkən bildirib. “Bütün seçki məntəqələri səhər saat 7:00-da işə başlayıb, səhər 8:00-da bütün seçki məntəqələri səs vermək istəyən vətəndaşları qəbul etməyə başlayıb.