Almaniya hökuməti gələn həftədən etibarən İsrailə bəzi silah satışını dayandıran sərəncamı ləğv edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Röyters” Almaniya hökumət rəsmisinə istinadla məlumat yayıb. Məlumata görə, bu qərarla İsrailə silah ixracı noyabrın 24-dən bərpa olunacaq.
“Ermənistan silah-sursat almaq əvəzinə, Zəngəzur dəhlizinin açılışına pul xərcləsin. Azərbaycana vurduqları mənəvi və fiziki zərərə görə kompensasiyanı ödəsin. Silahı neynir ki?
2023–2024-cü illərdə Ermənistan Fransadan ümumi dəyəri 274,5 milyon avrodan çox olan silah müqavilələri imzalayıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabatda bildirilir. Sənəddə qeyd olunur ki, Ermənistan müdafiə sahəsində əməkdaşlığı şaxələndirmək məqsədilə Fransaya müraciət edib və bu çərçivədə hərbi imkanlarını gücləndirmək üçün yeni müqavilələr bağlayıb.
Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün İkitərəfli Əməkdaşlıq Planı imzalanıb. Primeinfo.az xəbər verir ki, bu haqda xəbər Böyük Britaniyanın Azərbaycan böyükelçiliyinin “X” platformasındakı səhifəsində yayılıb.
Ukrayna bir sıra Afrika ölkələri ilə Ukrayna Silahlı Qüvvələrinin artıq olan silahlarını satmaq barədə razılığa gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski özünün “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, bu, Ukrayna Silahlı Qüvvələrində defisit olmayan silahların nəzarət olunan ixracını nəzərdə tutur.
Türkiyəyə tədarük edilən Rusiyanın S-400 zenit-raket kompleksləri ordunun xidmətində qalır və onlarla bağlı mövqedə heç bir dəyişiklik olmayıb.