Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Silah

Türkiyədə daha bir şagird məktəbə silahla gəldi

Türkiyənin Mersin vilayətinin Tarsus rayonundakı məktəbdə bir şagirdin silah gəzdirdiyi görülüb. Primeinfo.az xəbər verir ki, “Cümhuriyet” qəzetinin məlumatına görə, hadisə yerinə dərhal polis çağırılıb. Polis əməkdaşları məktəbə gəlib, silahı müsadirə edib və şagirdi saxlayaraq polis bölməsinə aparıblar.

Tramp Çindən İrana silah verməməsini XAHİŞ EDİB

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinə məktub yazaraq ondan İrana silah verməməsini xahiş edib. Primeinfo.az xəbər verir ki, Tramp “Fox Business”ə müsahibəsində Çin Xalq Respublikasının Sədrinə məktub yazdığını və Si Cinpindən İrana silah verməməsini xahiş etdiyini bildirib. “O, mənə məktub yazdı və əlbəttə ki, bunu etmədiyini dedi”, – Tramp əlavə edib.

2 avtomat və 18 tüfəng götürüldü - DİN

Martın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 18 tüfəng, 2 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

İranda deputatın maşınına atəş açılıb, iki nəfər saxlanılıb

İranda parlament üzvü Abbas Beyqdelinin avtomobili silahlı hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Qəzvin vilayətində qeydə alınıb. Məlumata görə, Qəzvin vilayətinin prokuroru Əli Əsgər Əsgəri bildirib ki, deputatın nəqliyyat vasitəsinə ov tüfəngi ilə atəş açılıb.

Ötən gün 10 avtomat, 79 tüfəng aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

29-30 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a  Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Polis 14 avtomat aşkarladı

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az xəbər verir ki, dekabrın 13-də və 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança aşkar edib. Bununla yanaşı 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron da polislər tərəfindən aşkar edilərək götürülüb.

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

1-5 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Naxçıvanda əl qumbarası və top mərmisi tapıldı - VİDEO

Naxçıvanda silah-sursat aşkarlanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.