Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə yola salınacaq. Primeinfo.az xəbər verir ki, sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqon buğda, 4 vaqon gübrə göndəriləcək.
Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün 2 vaqondan ibarət, çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət, çəkisi 67 ton olan un Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası göndəriləcək.
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərilib.
Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq. Primeinfo.az xəbər verir ki, bunu “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan “Premium” və “Regular” benzin idxal olunacaq.
“Ümid edirəm ki, tezliklə Ermənistandan Azərbaycana mallar ixrac olunacaq”. Primeinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Qazaxıstandan, daha sonra Rusiyadan buğda idxalına qoyulan qadağa aradan qaldırılıb.
“Nəhəng regional layihələrin icrasına mane olmaq məqsədi daşıyan xarici müdaxilə və sabitliyi pozma cəhdləri də xüsusi qeyd edilməlidir”.