Maduro və xanımı Nyu-York federal məhkəməsinə aparılıb - VİDEO
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və xanımı ittihamların irəli sürülməsi üçün Nyu-York federal məhkəməsinə aparılıb.
Bu günlərdə dünyanın diqqəti Venesuela Respublikasına yönəlib. Bunun əsas səbəbi ölkədə baş verən beynəlxalq siyasi-hərbi böhran fonunda Nikolas Maduronun Venesuela prezidenti postundan devrilməsidir. Primeinfo.az xəbər verir ki, yanvarın 3-də ABŞ tərəfindən Venesuelaya qarşı böyük miqyaslı hərbi əməliyyat həyata keçirilib, nəticədə Nikolás Maduro zərərsizləşdirilərək Amerikaya aparılıb və həbs edilib.
İsveçrə Venesuelanın sabiq prezidenti Nikolas Maduroya məxsus aktivləri dondurub. Primeinfo.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb. Bildirilib ki, bu qərar dərhal qüvvəyə minib və dörd il müddətinə qüvvədə qalacaq.
“ABŞ Venesuelada vəziyyətə nəzarət edir”.
Papa XIV Leo Venesuelanı müstəqil bir ölkə olaraq qalmağa çağırıb. Primeinfo.az xəbər verir ki, o, Venesueladakı hadisələri “böyük narahatlıqla” izlədiyini bildirib. Roma Papası həmçinin Venesuelanı müstəqil qalmağa və insan haqlarına hörmət etməyə çağırıb.
Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib. Primeinfo.az-ın məlumatına görə, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
ABŞ prezidenti Donald Tramp ABŞ-ın Venesueladakı əməliyyatı ilə bağlı mətbuat konfransı keçirir.
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirilməsi ilə bağlı açıqlama yayıb. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada deyilir: “Hadisələri yaxından izləyirik. Türkiyə, Venesuelanın sabitliyinə və Venesuela xalqının əmin-amanlığına xüsusi önəm verir.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin Venesuelada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı rəsmi Vaşiqntonu təmkinli olmağa çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri rəsmi “X” hesabında paylaşım edib. Kallas bəyanatında beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə hər şəraitdə hörmət edilməli olduğunu vurğulayıb: “Biz təmkinli olmağa çağırırıq.
Venesuelada səfərbərlik elan edilib. Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib. Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-ın Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi “kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir.