Xəbər axtarın

Son axtarış nəticələri:

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

22.04.2026 16:45

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumatına əsasən, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Paylaş: