
UEFA Avropa Liqasında 2025-2026 mövsümünün final matçı keçirilib.
Primeinfo.az xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gəlib.
Matç İstanbuldakı “Beşiktaş Park” stadionunda baş tutub.
Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi oyun “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Aston Villa” 1981/82 mövsümündə Avropa kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb. Beləliklə, Birmingem təmsilçisi 44 ildən sonra yenidən avrokuboklarda titul əldə edib. “Aston Villa”nın baş məşqçisi Unay Emeri isə 5-ci dəfə Avropa Liqasının qalibi olub.
Avropa Liqası
Final
20 may
Frayburq (Almaniya) – Aston Villa (İngiltərə) 0:3
Qollar: Yuri Tilemans (41), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) .
İstanbul. “Beşiktaş Park”.
2025-ci ildə UEFA Avropa Liqasının qalibi İngiltərənin “Tottenhem” klubu olub.





































