
Pakistan ordusunun rəisi, feldmarşal Asim Munir İran və ABŞ arasında münaqişənin həlli üçün vasitəçilik etmək məqsədilə Tehrana gəlib.
Primeinfo.az xəbər verir ki, məlumatı ISNA xəbər agentliyi yayıb. Agentliyin məlumatına görə, Pakistanın səyləri mövcud fikir ayrılıqlarını həll etməyə yönəlib. Agentlik rəsmilərə istinadən vurğulayır ki, Munirin səfəri “ilkin şərtlər üzrə anlaşma əldə etmək demək deyil”.
İRNA daha əvvəl bir mənbəyə istinadən bildirib ki, Pakistan ordusunun rəisi cümə günü İran və ABŞ arasında vasitəçilik missiyasının bir hissəsi olaraq danışıqlar aparmaq üçün Tehrana gələcək. Pakistanın daxili işlər naziri Möhsin Rza Nəqvi hazırda üç günlük səfərdə Tehrandadır və İran hakimiyyəti ilə bir neçə görüş keçirib.
Qeyd edək ki, Asim Munirin hələ mayın 21-də Tehrana getməsi gözlənilirdi. Lakin açıqlanmayan səbəblərdən təxirə salınmışdı.