Xəbər axtarın

Son axtarış nəticələri:

Günəşdə ikinci güclü PARTLAYIŞ OLDU

02.06.2026 19:16

Günəşdə ikinci güclü PARTLAYIŞ OLDU

Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə aid ikinci güclü partlayış qeydə alınıb.

Primeinfo.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“2 iyun tarixində Moskva vaxtı ilə saat 13:05-də (Bakı vaxtı ilə saat 14:05 – red.) 4455 günəş ləkələri qrupunda (N10W00) rentgen diapazonunda 31 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib.

***

İyunun 2-də səhər Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış qeydə alınıb.

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“2 iyun tarixində Moskva vaxtı ilə saat 7:45-də (Bakı vaxtı ilə 8:45-də – red.) rentgen diapazonunda 5 dəqiqə davam edən M1.2 partlayışı (S22E89) qeydə alınıb”, – deyə məlumatda bildirilib.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Paylaş: