Xəbər axtarın

Son axtarış nəticələri:

Qaluzin: “Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib”

29.06.2026 17:09

Qaluzin: “Moskva və Bakı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll edib”

Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll ediblər.

Primeinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə verdiyi müsahibədə bildirib.

O, təfərrüatları açıqlamaqdan imtina edib.

“Bilirsiniz, biz Azərbaycan təyyarəsinin qəzasının nəticələri ilə bağlı bütün məsələləri həll etmişik. Lakin başa düşdüyünüz kimi, bu məsələlər ağır faciə yaşamış, əvəzolunmaz itki vermiş konkret şəxslərə aiddir. Buna görə də, açığı, burada ətraflı danışmaq istəməzdim”, – Rusiya XİN başçısının müavini qeyd edib.

Paylaş: