Xəbər axtarın

Son axtarış nəticələri:

“Uşaqpulu burnumuzdan gələcək” – Canlı yayımda GƏRGİN DEBAT - VİDEO

11.06.2026 16:24

“Uşaqpulu burnumuzdan gələcək” – Canlı yayımda GƏRGİN DEBAT - VİDEO

“Uşaqpulu versələr, ailələrə ziyanı dəyəcək. Çünki idarəetmə üsulu düzgün deyil. Əgər bir ailəyə 100 manat uşaqpulu daxil olacaqsa, o ailədən 300 manat çıxacaq. Elə paralel qanunlar qəbul edəcəklər ki, 100 manat gəlibsə, 300 manat gedəcək”.

Primeinfo.az xəbər verir ki, bunu tarixçi alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” platformasında deyib.

“Yəni, həmin ailə 200 manat ziyana düşəcək. Bizim təcrübəmiz bunu göstərir. Lazım deyil həmin ailəyə uşaqpulu. Qoy 200 manatı cibində qalsın”, – deyə P.Həsənli əlavə edib.

Keçmiş Baş nazir, siyasətçi Pənah Hüseyn isə onun bu fikri ilə razılaşmayaraq, dünya təcrübəsindən misal çəkib: “Ən inkişaf etmiş ölkələrdən tutmuş orta səviyyəli ölkələrə qədər bu məsələnin müxtəlif gerçəkləşmə üsulu var. Bizim ölkədə də uşaqpulu məsələsi müxtəlif dövrlərdə xüsusi bir şəkildə tənzimlənib. Bu, valideynə olan kömək deyil ki, uşağa olan qayğıdır”.

Canlı yayımda gərgin debatın davamını “Qırmızı masa”da izləyin:

Paylaş: