
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO sammitində iştirak edən dövlət başçılarına qeyri-adi hədiyyələr təqdim edib.
Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, liderlərə üzərində adları həkk olunmuş xüsusi istehsal revolverlər və bir qutu patron verilib. Hədiyyələrin ölkələrə aparılması üçün tələb olunan ixrac sənədləri də liderlərə təqdim olunub.
Bununla belə, Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsində silah idxalı ilə bağlı qüvvədə olan qanunvericilik səbəbindən revolveri özü ilə apara bilməyib.
O bildirib ki, revolver Ankarada qalacaq və istifadədən çıxarılacaq.

