Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında termometr bərpa edildi - FOTO

13.08.2026 12:31

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında termometr bərpa edildi - FOTO

Paytaxt sakinlərinin müraciətləri nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında yerləşən civəli termometr bərpa edilib.

Bu barədə Primeinfo.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub. Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.

Termometrin bərpası yalnız nostalji xarakter daşımır. Bu addım Bakının şəhər yaddaşının qorunması, keçmişdən qalan simvolların müasir şəhər mühitinə uyğun şəkildə yaşadılması baxımından da diqqət çəkir.

Dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir. Hazırda Bakıda isti hava şəraitinin hökm sürdüyü bir vaxtda civəli termometrin yenidən əvvəlki yerində quraşdırılması buradan keçən sakinlər tərəfindən rəğbətlə qarşılanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında termometr bərpa edildi - FOTO Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında termometr bərpa edildi - FOTO

Paylaş: