Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Bakı və bakılıları mərkəzdən kim didərgin salır?” - VİDEO

04.09.2026 16:51

Aygün Muradxanlı: “Bakı və bakılıları mərkəzdən kim didərgin salır?” - VİDEO

“Bakının mərkəzində insanların dədə-baba yurdunu yerlə-yekan etdilər, dağıtdılar. Onlara çox zülm etdilər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.

O, iqtisadçı Natiq Cəfərli ilə birgə Bakının daşınmaz əmlak bazarındakı son durumu, mərkəzi ərazilərdə evlərin, həmçinin tarixi abidələrin sökülərək, yerində parkların salındığını və bunun müqabilində vətəndaşlara ödənilən kompensasiyanın məbləğinin çox aşağı olduğunu bildirib.

Aygün Muradxanlı hesab edir ki, pul kompensasiyası əvəzinə sakinlərə eyni ərazidə tikiləcək yeni binadan mənzil verilməlidir:

“Ay qardaş, sənə nə var mən 35 kvadratmetrlik evdə necə yaşayıram? Mən evimin qapısından Fəvvarələr Meydanına çıxıram. Mən mərkəzdə yaşayıram, bura mənim babamın torpağıdır, üçüncü nəsil evimdir. Sən necə məni buradan Zığa köçürə bilərsən? Yəni, bu nə məntiqdir? Bakılılar artıq buna bölücülük prosesi kimi baxırlar, deyirlər ki, bizi Bakının mərkəzindən “sürgün” edirlər”.

Natiq Cəfərli isə vurğulayıb ki, bu, mülkiyyət hüququnun kobud pozuntusudur: “Dünyanın hər yerində iqtisadi inkişaf üçün bir nömrəli məsələ mülkiyyət hüququdur. Mülkiyyət toxunulmazlığının təmin edilmədiyi ölkələrdə iqtisadi inkişaf da olmur”.

Maraqlı müzakirənin davamını “Qırmızı masa”da izləyin:

 

 

Paylaş: