Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda məhkuma aid silah-sursat aşkarlandı - FOTO

07.09.2026 13:37

Bakıda məhkuma aid silah-sursat aşkarlandı - FOTO

Ədliyyə və Daxili İşlər nazirlikləri birgə əməliyyat keçirib.

Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 6 ünvanında yerləşən köhnə zavodun hasarının yaxınlığındakı ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov AKMS” markalı avtomat silah, ona məxsus 2 ədəd daraq və 55 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: