Xəbər axtarın

Son axtarış nəticələri:

Məmur toya 50 min dollarlıq müğənnini hansı pulla gətirir? – ŞƏRH – VİDEO

15.09.2026 18:08

Məmur toya 50 min dollarlıq müğənnini hansı pulla gətirir? – ŞƏRH – VİDEO

“İki məmurun övladının toyu olub – Allah xoşbəxt eləsin. Amma çox dəbdəbəli toy idi, gözə girirdi. Dünyanın heç bir yerində məmura icazə verilmir ki, övladı üçün elə dəbdəbəli toy eləsin”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında bildirib.

O, bir neçə gün öncə Bakıda baş tutan və cəmiyyətdə geniş səs-küy doğuran milyonluq toyu şərh edib:

“Sən iş adamı deyilsən, konkret vəzifə sahibisən, maaş alırsan. Bu pulları haradan qazanırsan? Vətəndaşı qıcıqlandırmaq nəyə lazımdır? Demet Akalın 50 min dollara toya gəlir. Azərbaycanda neçə nəfər 50 min dollara toyuna müğənni gətirə bilər?”

Qeyd edək ki, sentyabrın 12-də Nicat və Sitarə adlı cütlüyün dəbdəbəli toy məclisi keçirilib. Toya Azərbaycan və Türkiyədən məşhur sənətçilər qatılıb. Məlumata görə, gəlinin atası Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin keçmiş rəis müavini Elgün Feyzullayevdir. Sitarə Feyzullayeva həm də respublikanın tanınmış hüquqşünaslarından biri, mərhum prokuror Bəhram Feyzullayevin nəvəsidir.

Maraqlı müzakirənin davamı “Qırmızı masa”da:

Paylaş: