Xəbər axtarın

Son axtarış nəticələri:

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndidə - FOTO

16.09.2026 17:22

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndidə - FOTO

İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki Konfransın iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

Primeinfo.az xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Zəfər meydanında olub. Qonaqlara Xankəndi şəhərində həyata keçirilən bərpa-quruculuq işləri, infrastrukturun yenidən qurulması haqqında məlumat verilib.

Konfrans iştirakçıları sonra Xankəndi şəhərində yaradılan Zəfər parkı ilə yaxından tanış olublar. Onlara məlumat verilib ki, park Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Xankəndi şəhəri ilə tanışlıqdan sonra nümayəndə heyəti Şuşaya yola düşüb.

Paylaş: