Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev Viktor Yuşenko ilə görüşdü - FOTO

17.08.2026 11:42

İlham Əliyev Viktor Yuşenko ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın keçmiş Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı “X” hesabında qeyd edib.

“20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq. Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi”, – deyə paylaşımda qeyd edilib.

 

Paylaş: