Xəbər axtarın

Son axtarış nəticələri:

Rayonlarda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar - FOTO

12.08.2026 14:38

Rayonlarda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar - FOTO

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyindən ( DİN)  Primeinfo.az-a bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.

Yanğın hadisələri nəticəsində ümumilikdə 9 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Paylaş: