Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Bakının mərkəzində yanğın - YENİLƏNİB - FOTO - VİDEO

07.08.2026 13:55

TƏCİLİ: Bakının mərkəzində yanğın - YENİLƏNİB - FOTO - VİDEO

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib.

Primeinfo.az xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın 120 kv.m ərazini əhatə edib, bina qədimi bina olduğu üçün taxta konstrustliyadan ibarət olub. Yanğın zamanı binadan 6 nəfər təxliyə edilib, bir yaşlı vətəndaş həkimə müraciət edib. Həyatı üçün təhlükə yoxdur.

Qərargah rəisinin sözlərinə görə, 12 texnika olmaqla, 62 şəxsi heyət hadisə yerinə cəlb edilib, yanğın məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbi araşdırılacaq, ictimaiyyətə məlumat veriləcək.

***

13.42

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restronda yanğnla mübarizə tədbirləri davam etdirilir.

Primeinfo.az xəbər verir ki, restoranda olan şəxslər, o cümlədən bina sakinləri təxliyə edilib.

Ərazidə FHN-in qərargahı yaradılıb.

***
12.05


Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Əlavə məlumat veriləcək.

***

11.23

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

 

Paylaş: