Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Oğuz rayonu, Bayan kəndində yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücünün xilasetmə görüntüləri ortaya çıxıb. Primeinfo.az xəbər verir ki, sözügedən kadrları Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Diplomatik nömrə nişanlı “KIA Sportage” markalı avtomobil yolun kənarında dayanmış betondaşıyan mikser yük maşını ilə toqquşub.
Tailandın Samutprakan əyalətində baş verən helikopter qəzasında bir neçə nəfər yaralanıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, helikopter bazar günü səhər Muanq rayonundakı yanacaqdoldurma məntəqəsinin arxasında qəzaya uğrayıb.
Paytaxtın Nizami rayonu, “Koroğlu” metro stansiyasının yaxınlığında yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən, köndələn keçən qadını avtomobil vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, piyadavurma hadisələrinin qarşısının alınması üçün görülən profilaktik tədbirlər və maarifləndirmə işləri davam etdirilir: “Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların şəxsi məsuliyyət hissi həyati əhəmiyyət daşıyır.
Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)məlumat yayıb. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Yasamal rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Qayğı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əslən Laçın rayonundan olan Bakir Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən Yevlax rayon sakini Azər Bədəlovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə toqquşub.
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd edilib ki, nazirliyin ən yaxın xilasetmə qüvvələri qəza yerinə cəlb olunub.
Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.