İctimai nəqliyyatda “brutto müqavilə” sistemi tətbiq ediləcək
“İctimai nəqliyyatda dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə “brutto müqavilə” sistemi tətbiq ediləcək”. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. O bildirib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin qiymətləndirilməsi həyata keçirilib.