Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Sumqayıt–Bakı istiqamətində yeni avtobus xətti fəaliyyətə başlayır

Sumqayıt–Bakı istiqamətində yeni avtobus xətti fəaliyyətə başlayır

Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.

Bakıda bu marşrut üzrə avtobuslar YENİLƏNDİ

Bakıda bu marşrut üzrə avtobuslar YENİLƏNDİ

Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək. Bu barədə Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.

Avtobus marşrutlarına onlayn bilet satışı 44 %-ə yaxın artıb - AYNA

Avtobus marşrutlarına onlayn bilet satışı 44 %-ə yaxın artıb - AYNA

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib. Primeinfo.az bu barədə  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 % çoxdur.

Avtovağzallar gücləndirilmiş rejimə keçir

Avtovağzallar gücləndirilmiş rejimə keçir

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, gücləndirilmiş rejim 8-11 noyabr tarixlərində tətbiq ediləcək.

Bakıda 5 yeni parklanma məntəqəsi istifadəyə verildi

Bakıda 5 yeni parklanma məntəqəsi istifadəyə verildi

Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.

Bu yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır 

Bu yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılır 

8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.  Bu barədə  Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.  Məlumata görə, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.   

Sərnişinlər mobil tətbiqlə avtobusların gəliş vaxtını izləyə biləcəklər

Sərnişinlər mobil tətbiqlə avtobusların gəliş vaxtını izləyə biləcəklər

Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən innovativ həllər üzərində iş aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AYNA-dan bildirilib. Məlumata görə, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını onlayn izləyə biləcəklər.

Bu yollarda avtobus zolağı yaradıldı - FOTO

Bu yollarda avtobus zolağı yaradıldı - FOTO

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindən sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib.

Daha 4 minib-düşmə yeri yaradıldı - FOTO

Daha 4 minib-düşmə yeri yaradıldı - FOTO

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

Taksilərlə bağlı yeni qərar bu tarixdən qüvvəyə minəcək

Taksilərlə bağlı yeni qərar bu tarixdən qüvvəyə minəcək

Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.