Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan və Kolumbiya

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

29 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər nazirinin müavini Xuana Kastro Santamarianın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi, habelə bir sıra qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən turizm, viza liberallaşdırılması, təhsil, mədəniyyət, humanitar, tələbə mübadiləsi, Parlamentlərarası əlaqələr və bir sıra digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.