Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: cinayət

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb

Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. Primeinfo.az-ın məlumatına görə, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağacla döyərək qətlə yetirməkdə şübhəli bilinən oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

Ötən gün 62 cinayətin üstü AÇILIB

Ötən gün 62 cinayətin üstü AÇILIB

  Avqustun 13-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 130, o cümlədən borclu şəxs qismində axtarışda olan 102, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

DİN: Axtarışda olan 104 nəfər saxlanılıb

DİN: Axtarışda olan 104 nəfər saxlanılıb

Avqustun 4-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 80, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib.

Güllünü qızının öldürdüyü TƏSDİQLƏNDİ

Güllünü qızının öldürdüyü TƏSDİQLƏNDİ

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) ölümü ilə bağlı istintaq başa çatıb. Primeinfo.az Axşam.az-a istinadən xəbər verir ki, Yalova Cümhuriyyət Baş Prokurorluğu sənətçinin həbsdə olan qızı Tuğyan Ülkem Gülter barəsində “qabaqcadan planlaşdıraraq öz valideynini qəsdən öldürmə” maddəsi ilə ittiham irəli sürüb və onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. İttihamnaməyə əsasən, hadisə 26 sentyabr 2025-ci il gecəsi Yalovanın Çınarcıq rayonundakı mənzildə baş verib.

Ötən gün 46 cinayətin üstü açılıb - DİN

Ötən gün 46 cinayətin üstü açılıb - DİN

İyulun 28-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 102, o cümlədən borclu şəxs qismində axtarışda olan 77, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 və dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı - DİN

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı - DİN

İyulun 25-də və 26-da ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Bu il 15420 cinayət qeydə alınıb

Bu il 15420 cinayət qeydə alınıb

Bu ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə prokurorluq orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, onların 90,7 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilmişdir.

Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib

Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib

2026-cı ilin birinci yarımilıi ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb, onların 93,2 %-nin açılması təmin olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.