Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: cinayət

Üç ayda vergi cinayətləri üzrə 89 cinayət işi başlanılıb

Üç ayda vergi cinayətləri üzrə 89 cinayət işi başlanılıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 89 cinayət işi başlanılıb. Bu barədə Primeinfo.az quruma istinadən məlumat verir. Bildirilir ki, cinayət işləri vergi ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə açılıb.

DİN: 7738 cinayət qeydə alınıb, 85,9 faizi açılıb

DİN: 7738 cinayət qeydə alınıb, 85,9 faizi açılıb

Cari ilin 3 ayında əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə qeydə alınmış 7738 cinayətin 85,9 faizinin açılması təmin olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib. Məlumata görə, Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 90,1 faizi açılıb.

Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu - ŞOK TƏFƏRRÜAT

Tərtərdə törədilmiş qətlin səbəbi məlum oldu - ŞOK TƏFƏRRÜAT

Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub. Primeinfo.az  “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib. Belə ki, bir il əvvəl baş verən insident zamanı 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Martın 31-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 7 fakt müəyyən edilib.

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı məlumat yaydı

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı məlumat yaydı

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xəzər rayon prokurorluğundan Primeinfo.az-a verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət törətməkdə şübhəli olan 24 nəfər saxlanıldı - DİN

Cinayət törətməkdə şübhəli olan 24 nəfər saxlanıldı - DİN

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Hövsanda müəllim qətlə yetirildi - Əri saxlanıldı

Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 35 yaşlı Pərvanə Abbasova səhər saatlarında bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Fevralın 25-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 92, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 40 fakt müəyyən edilib.