Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: cinayət

Ötən gün 77 cinayətin açılması təmin edilib - VİDEO

Ötən gün 77 cinayətin açılması təmin edilib - VİDEO

Fevralın 19-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 73, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 və dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 45 fakt müəyyən edilib.

Ötən ay narkotiklə bağlı 793 cinayət faktı qeydə alınıb

Ötən ay narkotiklə bağlı 793 cinayət faktı qeydə alınıb

2026-cı ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib. Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Cinayətdə şübhəli bilinən 99 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 99 nəfər saxlanıldı

Yanvarın 31-də və fevralın 1-də ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.

Bu ölkə cinayət məsuliyyəti yaşını 13-ə endirməyi planlaşdırır

Bu ölkə cinayət məsuliyyəti yaşını 13-ə endirməyi planlaşdırır

İsveç ağır cinayətlər üzrə cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirməyi planlaşdırır. Bu addım son zamanlar ölkədə quldur dəstələr tərəfindən cəlb olunan uşaqların sayının artması fonunda müzakirə olunur. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir Ədliyyə naziri Gunnar Strömmer bildirib ki, ölkə “fövqəladə vəziyyət”lə üz-üzədir və uşaqların cinayət şəbəkələrində istifadəsinin qarşısının alınması hökumət üçün vacib məsələdir.

Son iki gündə 81 cinayətin üstü açılıb

Son iki gündə 81 cinayətin üstü açılıb

Yanvarın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 28, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 40 fakt müəyyən edilib.

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - FOTO

Bakıda məşhur hoteldə ofisiant öldürüldü - FOTO

Bakıda hoteldə qətl törədilib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb. Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

18 nəfər cinayət başında yaxalanıb - Baş Prokurorluq

18 nəfər cinayət başında yaxalanıb - Baş Prokurorluq

2025-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 114 cinayət işi başlanılıb, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2025-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Müşavirədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov hesabat dövrü ərzində Baş İdarədə baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, Baş İdarədə başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Qardaşını öldürən Lənkəran sakininə hökm oxundu

Qardaşını öldürən Lənkəran sakininə hökm oxundu

Lənkəranda qardaşını öldürməkdə təqsirləndirilən Cəlal Abdullayevin cinayət işi üzrə məhkəmə yekunlaşıb. Primeinfo.az xəbər verir ki, keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Cəlal Abdullayev 10 il müddətə azadlıqdan məhrum edilib.

Ötən il Bakıda 14 mindən çox cinayət törədilib

Ötən il Bakıda 14 mindən çox cinayət törədilib

2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14104 cinayət hadisəsi törədilib ki, onların 93,4 %-nin açılması təmin olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.