Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: cinayət

Tanışından “brend saat” aldı, saxta çıxdı

Tanışından “brend saat” aldı, saxta çıxdı

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb. Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Amil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Primeinfo.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum edilib.

Daha 4 tiktokerin cinayət işinə XİTAM VERİLDİ

Daha 4 tiktokerin cinayət işinə XİTAM VERİLDİ

Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən daha bir neçə tiktokerlə bağlı istintaq orqanının qərarı açıqlanıb. Primeinfo.az-ın məlumatına görə, tiktokerlər – “Magerramov” ləqəbli Əmrah Məhərrrəmov, “Nuh” ləqəbli Nuh Məmmədzadə, Vüqar Kərimov və “Xan” ləqəbli Əsgər Əlizadənin barələrində olan cinayət işləri üzrə istintaqlar başa çatıb və istintaq orqanı cinayət işlərinə xitam verib. Xatırladaq ki, adıçəkilən şəxslər 2024-cü ilin dekabrında keçirilən əməliyyatlar zamanı saxlanılmışdılar.

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə ittiham olunur

Cahangir Hacıyevin mühafizəçisinin oğlu ağır cinayətdə ittiham olunur

Kanadanın Toronto şəhərində polis silahlı adam oğurluğu, cinsi zorakılıq və digər ağır cinayətlərdə şübhəli bilinən üç nəfəri saxlayıb. Primeinfo.az xəbər verir ki, saxlanılan şəxslər arasında 19 yaşlı Azərbaycan vətəndaşı Osman Əzizov da var. “Neapolitan” əməliyyatı çərçivəsində Osman Azizovla yanaşı, 19 yaşlı Fərad Sədaət və 26 yaşlı Valid Xan da həbs olunub.

FHN-in keçmiş əməkdaşı Xankəndidə həbs edildi

FHN-in keçmiş əməkdaşı Xankəndidə həbs edildi

Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Xankəndi şəhərində həbs edilib. Primeinfo.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Elnur Rəhmanov (soyad şərtidir) azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib. Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni vəzifəsində çalışan Elnur 2025-ci ilin iyun ayının əvvəllərində Xankəndi şəhərinə ezam olunub və orada xidmətini davam etdirib.

“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı

“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı

Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir. “Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

26 yaşlı azərbaycanlının qətli kameralara düşdü - VİDEO

26 yaşlı azərbaycanlının qətli kameralara düşdü - VİDEO

Marneuli bazarında azərbaycanlı iş adamının qətli və atasının yaralandığı insidentlə bağlı videogörüntü paylaşılıb. Primeinfo.az-ın aktual.ge-yə istinadən verdiyi xəbərə görə, 4 yanvar günorta saatlarında Marneuli mərkəzi bazarının qızıl məmulatları satılan hissəsində baş verən qanlı cinayəti törədən şəxsin ətrafdakı təhlükəsizlik kameralarından əldə edilən görüntülərinə əsasən onun gənc oğlan olduğu müəyyən edilib. Görüntülərdə şübhəli şəxsin əlində odlu silah hadisənin baş verdiyi yerdən qaçdığı əks olunub.

Müxtəlif cinayətlərdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Müxtəlif cinayətlərdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Yanvarın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 8, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

Venesuelaya təcavüz quldurluqdur - Türkiyədən reaksiya

Venesuelaya təcavüz quldurluqdur - Türkiyədən reaksiya

Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum ABŞ-nin Maduronu həbs etməsiylə bağlı paylaşım edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum özünün X səhifəsində “Maduroya qarşı törədilən cinayətlər” başlıqlı yazısında yazıb. “Birincisi, Maduro məsələsi imperialist təcavüzün quldur dövlət üsulları ilə də həyata keçirilə biləcəyini göstərən vəhşi nümunələrdən biridir.

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.