Türkiyənin Mersin vilayətində orta məktəb şagirdi təhsil müəssisəsinin direktoru Ender Karuya tüfənglə atəş açıb. Primeinfo.az Report-a istinadən xəbər verir ki, hadisə vilayətin Anamur rayonunda məktəb ərazisində baş verib. Məlumata görə, ötən həftə məktəb direktoru şagirdə velosipedlə təhsil müəssisəsinə gəldiyi üçün irad tutmuşdu.
Dekabrın 20-də və 21-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 61, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 11 və dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 10 fakt müəyyən edilib.
Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 225, o cümlədən borclu şəxs qismində axtarışda olan 202 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Moskva vilayətinin Odintsovo şəhərində orta məktəbdə baş vermiş insidentdə bir şagird ölüb, mühafizəçi yaralanıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Qorki-2 qəsəbəsində yerləşən Uspenskaya orta məktəbinə hücum edən 15 yaşlı yeniyetmə olub.
Dekabrın 15-də ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 264, o cümlədən borclu şəxs qismində axtarışda olan 231 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Binəqədidə ötən ay hotelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədar Ağasif Verdiyevin barəsində olan həbs müddəti uzadılıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb. Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Ağasif Verdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.
Azərbaycan Respublikasının vətəndaşlarından ibarət qanunsuz silahlı birləşmələrin yaradılması, xarici xüsusi xidmət orqanları tərəfindən onlardan kəşfiyyat-pozuculuq, terror-təxribat məqsədləri üçün istifadə olunması barədə daxil olan məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilib.
Noyabrın 29-30-da ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər, dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 5-də ümumi çəkisi 14 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseyn Hüseynov özünü güllələyərək həyatına qəsd edib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun hərbi xidmət zamanı komandiri olmuş kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından noyabrın 15-də intihar etdiyi bildirilib. Faktla bağlı hərbi prokurorluqda aparılan istintaq çərçivəsində kapitan Mahmud Səfəralıyev saxlanılıb.