Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Nəsimidə 3 kiloqramdan artıq narkotik aşkarlandı - VİDEO

Nəsimidə 3 kiloqramdan artıq narkotik aşkarlandı - VİDEO

Paytaxt ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Primeinfo.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.

Sumqayıt məktəblərində insident

Sumqayıt məktəblərində insident

Sumqayıt məktəblərində insidentlər baş verib. Primeinfo.az xəbər verir ki, hadisələrdən biri 33 nömrəli, digəri isə 11 nömrəli məktəbdə qeydə alınıb. Belə ki, birinci məktəbdə sinif yoldaşları tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B.

DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib

DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib

Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, müəyyən edilib ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib. Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı

Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Tanışına hədə-qorxu gələrək 25 min tələb edənlər saxlanıldı - VİDEO

Tanışına hədə-qorxu gələrək 25 min tələb edənlər saxlanıldı - VİDEO

Paytaxtın Xətai rayonunda Bakı şəhər sakini olan 42 yaşlı kişi Neapol küçəsində yerləşən kafelərin birində 2 nəfərin onun sağlamlığına zərər vurmaqla nəticələnən zorakılıq hərəkətləri etmələri barədə polisə məlumat verib. Daxili İşlər Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, zərərçəkən daha sonra həmin şəxslər tərəfindən naməlum ünvana aparılaraq ondan 25 000 manat tələb edildiyini, verməyəcəyi təqdirdə isə həyat və sağlamlığına təhlükə yaradacaq zor tətbiq edəcəkləri ilə hədələndiyini bildirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Aqşin Əsgərov, 36 yaşlı Səxavət Məmmədov və dəstənin 24 yaşlı qadın üzvü saxlanılıblar.

"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanılıb

"Kəpəz"in futbolçusunu bıçaqlayan şəxs saxlanılıb

“Kəpəz” komandasının futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Primeinfo.az bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən bildirir. Məlumata görə, ötən gün saat 05 radələrində 2002-ci il təvəllüdlü Veysəl Mehman oğlu Rzayevi Gəncə şəhəri, M.

Kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi aşkarlanıb - VİDEO

Kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsi aşkarlanıb - VİDEO

Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edib. Primeinfo.z xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBMİ) bank və bank olmayan bir neçə kredit təşkilatının rəsmi səhifələrinin oxşarını yaradaraq sosial mediada elanlar yerləşdirib aşağı faizli kreditlər təklif edən haker şəbəkəsinə qarşı əməliyyat keçirib.

"Ağ şəhər"də ağackəsmə ilə bağlı cinayət işi açıldı

"Ağ şəhər"də ağackəsmə ilə bağlı cinayət işi açıldı

Bakıda “Ağ şəhər” ərazisində ağac kəsilməsi faktı üzrə cinayət işi açılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, ağac kəsilməsi faktı üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

DİN-dən əməliyyat: narkoşəbəkə üzvləri həbs edilib - VİDEO

DİN-dən əməliyyat: narkoşəbəkə üzvləri həbs edilib - VİDEO

Narkoşəbəkə yaradan şəxslərdən 26 kq narkotik aşkarlanıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı külli miqdarda narkotik vasitənin satışını təşkil edən Xəqani Həmzəyev və Kənan Quliyev paytaxt ərazisində tutulublar.

“Kəpəz”in futbolçusu bıçaqlanıb - Vəziyyəti AĞIRDIR

“Kəpəz”in futbolçusu bıçaqlanıb - Vəziyyəti AĞIRDIR

Gəncədə “Kəpəz” futbol klubunun futbolçusu Veysəl Rzayev bıçaqlanıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V.Rzayev kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib.