Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Nəsimidə 36 kiloqram narkotik aşkarlanıb - VİDEO

Nəsimidə 36 kiloqram narkotik aşkarlanıb - VİDEO

Nəsimi rayonunda yanvar ayında 36 kiloqram narkotik vasitə aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib.

Dərhal bank və polislə ilə əlaqə saxlayın! - DİN-dən XƏBƏRDARLIQ

Dərhal bank və polislə ilə əlaqə saxlayın! - DİN-dən XƏBƏRDARLIQ

“Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bank arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir”. Primeinfo.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin açıqlamasında bildirilib. “Ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb.

Son iki gündə 81 cinayətin üstü açılıb

Son iki gündə 81 cinayətin üstü açılıb

Yanvarın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 28, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqədar 40 fakt müəyyən edilib.

Abşeron və Gəncədəki obyektlərə qənim kəsilən talançı dəstə saxlanıldı

Abşeron və Gəncədəki obyektlərə qənim kəsilən talançı dəstə saxlanıldı

Abşeron rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxslər Xırdalan şəhərində bir, Masazır qəsəbəsində isə iki mağazanın qapısını sındıraraq içəri daxil olub və obyektlərdən ümumilikdə 2300 manat pulu talayıblar. Primeinfo.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 25 tüfəng, 5 patron darağı və 427 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Qaz idarəsindənəm" deyib vətəndaşları aldatdı, saxlanıldı

"Qaz idarəsindənəm" deyib vətəndaşları aldatdı, saxlanıldı

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işləməsini və s. səbəblər irəli sürməklə onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN: Ağır cinayətlər törətmiş 1033 nəfər tutulub

DİN: Ağır cinayətlər törətmiş 1033 nəfər tutulub

Ötən il ərzində ağır və xüsusilə ağır cinayətlər törətmiş 1033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb.

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Chevrolet” markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Azərbaycanda 15 qız QAÇIRILIB

Azərbaycanda 15 qız QAÇIRILIB

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib. Qeyd edilib ki, 2025-ci ildə 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

DİN: "Ötən il 31 min cinayət törədilib" - FOTO

DİN: "Ötən il 31 min cinayət törədilib" - FOTO

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Bu barədə Primeinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik “Konstitusiya və Suverenlik İli” olan 2025-ci ildə də etibarlı qorunub.